Fitso: Slovakiya NATO sammitində Ukraynaya yeni hərbi kreditə dəstək verməyəcək
sizinxeber.az xəbər saytı

Fitso: Slovakiya NATO sammitində Ukraynaya yeni hərbi kreditə dəstək verməyəcək


Slovakiyanın Baş naziri Robert Fitso bildirib ki, ölkəsi NATO-nun Ankarada keçiriləcək sammitində Ukraynaya yeni hərbi kredit ayrılmasını dəstəkləməyəcək.

Fitso bu barədə STVR telekanalının “Şənbə dialoqları” proqramında danışıb.

Baş nazir qeyd edib ki, Slovakiya nümayəndə heyətinin mandatında ölkənin Ukrayna üçün növbəti hərbi kredit proqramına qoşulmasına imkan verən heç bir müddəa olmamalıdır.

“Ankaraya gedəcək nümayəndə heyətinin Slovakiyanı hərbi kredit proqramına cəlb etmək imkanı olmaması üçün bütün danışıqları bu istiqamətdə aparacağam”, – deyə Fitso bildirib.

O əlavə edib ki, digər ölkələrin Ukrayna üçün vəsait toplamasına mane ola bilməyəcəklərini anlayır.

Oxşar xəbərlər

Fitso: Slovakiya Ukrayna üçün vəsait toplama prosesində iştirak etməyəcək
Slovakiya Rusiyaya qarşı 18-ci sanksiyalar paketini dəstəkləməyəcək
Fitso: Ukrayna Slovakiya vasitəsilə tranzit qaz alır
Fitso: Yeni anti-Rusiya sanksiyaları Slovakiyanın maraqlarına zərər verərsə, Bratislava onları bloklayacaq
Fitso: Slovakiya Rusiyaya qarşı sanksiyaları bloklamayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər