Cəlilabadda meşədəki yanğına iki helikopter cəlb edilib - YENİLƏNİB-2
sizinxeber.az xəbər saytı

Cəlilabadda meşədəki yanğına iki helikopter cəlb edilib - YENİLƏNİB-2


Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin qüvvələri cəlb olunub.

Bu barədə "Report"a FHN-dən məlumat verilib.

Bildirilib ki, yanğının daha geniş sahəyə yayılmasının qarşısını almaq və söndürülməsi işlərini sürətləndirmək məqsədilə əraziyə Aviasiya dəstəsinin iki ədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

17:20

Cəlilabadda meşədəki yanğın nəticəsində bir nəfər tüstüdən zəhərlənib.

"Report"un Muğan bürosunun məlumatına görə, bu, 1976-cı il təvəllüdlü meşə təsərrüfatının əməkdaşı Qəni Nəzirovdur.

Əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.

Hazırda yanğın davam edir.

13.59

Cəlilabad rayonunun Zopun kəndi ərazisində meşəlik ərazidə yanğın başlayıb.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq texnikası və canlı qüvvəsi cəlb olunub.

Hava küləkli olduğu üçün yanğının miqyası genişlənib. İlkin olaraq əraziyə 4 yanğınsöndürən texnika cəlb olunub.

Yanğının qarşısının alınması və ətraf ərazilərə yayılmaması üçün tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Cəlilabadda meşədəki yanğın nəticəsində bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB
Cəlilabadda dağlıq ərazidə yanğının söndürülməsinə helikopterlər cəlb olunub - FOTO - VİDEO - YENİLƏNİB-2
Xocavənddə yanğın olub, əraziyə helikopterlər cəlb edilib
Cəlilabadda dağlıq ərazidə yanğın başlayıb - FOTO - VİDEO - YENİLƏNİB
Binəqədidə obyektdə yanğının ətrafa yayılmasının qarşısı alınıb - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle