Cəlilabadda dağlıq ərazidə yanğın başlayıb - FOTO - VİDEO - YENİLƏNİB
Cəlilabadda dağlıq ərazidə yanğın başlayıb - FOTO - VİDEO - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Sizinxeber.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Hava şəraitinin küləkli olması yanğınsöndürmə işlərində çətinliklər yaradır.
Əlavə məlumat veriləcək.
***
14:03
Cəlilabadda yanğın başlayıb.
Sizinxeber.az-nın cənub bürosunun verdiyi xəbərə görə, yanğın Cəlilabad rayonunun Zopun kəndi ərazisində qeydə alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğının qarşısının alınması və ətraf ərazilərə yayılmaması üçün tədbirlər görülür.