DYP yağmurlu hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsinin yağmurlu hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
APA xəbər verir ki, müraciətdə deyilir ki, hazırda paytaxtda və bir sıra bölgələrdə müşahidə olunan yağmurlu hava yol hərəkəti iştirakçılarına çətinliklər yaradır.
"Yağışlı, çiskinli havalarda yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtlərini nəzərə alaraq, sürücülər sürət həddini minimuma endirməli, kifayət qədər ara məsafəsi saxlamalı, nəqliyyat vasitələrinin texniki sazlığına nəzarət etməlidirlər. Belə havalarda piyadalar da diqqətli olmalı, məsuliyyətsiz davranışların ağır nəticəyə səbəb ola biləcəyini unutmamalıdırlar.
Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz havalarda qəza riskinin artmasını nəzərə alaraq, bir daha hərəkət iştirakçılarından qaydalara ciddi riayət etməyi xahiş edir", - müraciətdə qeyd olunub.
Oxşar xəbərlər
Yol polisi yağmurlu hava ilə bağlı müraciət edib
Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı müraciət edib
DYP yağışlı hava ilə bağlı xəbərdarlıq edib
Yol polisi hava şəraiti ilə bağlı müraciət edib
DYP: Əlverişsiz hava şəraitində sürücülər sürət həddini minimuma endirməlidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













