Ali Məhkəmə Fazil Mustafaya sui-qəsd etmək istəyənlərlə bağlı qərar verib
sizinxeber.az xəbər saytı

Ali Məhkəmə Fazil Mustafaya sui-qəsd etmək istəyənlərlə bağlı qərar verib


Fazil Mustafaya sui-qəsd işi üzrə kassasiya şikayəti

Deputat Fazil Mustafaya sui-qəsdə cəhd etməkdə təqsirləndirilən Azər Səricanov, Elşad Əsgərov və Səbuhi Şirinov barələrində olan hökmdən verdikləri kassasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

Ali Məhkəmənin qərarı

Sizinxeber.az xəbər verir ki, bu gün Ali Məhkəmədə Ələsgər Novruzovun sədrliyi keçirilən iclasda qərar qəbul olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib və hökm qüvvədə saxlanılıb.

Əvvəlki məhkəmə instansiyalarının qərarları

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər Səricanov ömürlük, Səbuhi Şirinov 20 il, Rəşad Əhmədov 19 il, Elşad Əsgərov 18 il, Emin Əliyarov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi aşağı instansiya məhkəməsinin hökmünü dəyişməyib.

Cinayət hadisəsinin təfərrüatları

Qeyd edək ki, cinayət hadisəsi 2023-cü il martın 28-də Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib. Milli Məclisin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq sui-qəsd edilib.

Cinayət işi və istintaq prosesi

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb.

Əməliyyat-axtarış tədbirləri və təqsirləndirilən şəxslər

Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun barəsində ittiham elan edilib.

Oxşar xəbərlər

Ali Məhkəmə Fazil Mustafaya sui-qəsd işində təqsirləndirilən şəxslərlə bağlı qərar verib
Məhkəmə Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı hökmdən şikayətlər üzrə qərar verib
Apellyasiya məhkəməsi Fazil Mustafaya sui-qəsd cəhdində təqsirləndirilən şəxslərlə bağlı qərar verib
Fazil Mustafaya sui-qəsd cinayətində tərəflər apellyasiya şikayəti veriblər
Fazil Mustafaya sui-qəsd işi ilə bağlı yeni xəbər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle