Zaqatalada minik avtomobilləri toquşub, ölən və xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Zaqatalada minik avtomobilləri toquşub, ölən və xəsarət alanlar var.
Sizinxeber.az-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Zaqatala- Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.
Zaqatala şəhər sakini 40 yaşlı Fəryad Fərhad oglu İbrahimov idarə etdyi “KİA” markalı minik avtomobili ilə Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarında dayanan “VAZ 2106” markalı minik avtomobilinə çırpılıb. Hadisə zamanı VAZ 2106 markalı minik avtomobilinin arxasında olan maşının sahibi, rayonun Muğanlı kənd sakini Hüseyin Musa oğlu Musayev aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. KİA markalı avtomobilin sürücüsü Fəryad İbrahimov, onun avtomobilində sərnişin qismində olan oğlu 13 yaşlı Fərhad İbrahimov və daha bir nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdiriliblər.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
***
13.37
Zaqatalada minik avtomobilləri toquşub, ölən və xəsarət alanlar var.
Sizinxeber.az-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Zaqatala- Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.
İlkin məlumata görə, iki avtomobil toqquşub. Qəza zamanı üç nəfər xəsarət alıb, 1 nəfər ölüb.
Yaralılar Zaqatala RMX-nın Cərrahiyyə korpusuna yerləşdiriliblər.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Zaqatalada minik avtomobilləri toquşub, ölən və xəsarət alanlar var
Zaqatalada minik avtomobilləri toquşub, ölən və xəsarət alanlar var - FOTO
Zaqatalada minik avtomobilləri toqquşub, 4 nəfər xəsarət alıb - YENİLƏNİB
Zaqatalada iki minik avtomobili toqquşub, xəsarət alanlar var
Zaqatala minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













