Zaqatalada minik avtomobilləri toqquşub, 4 nəfər xəsarət alıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Zaqatalada minik avtomobilləri toqquşub, 4 nəfər xəsarət alıb - YENİLƏNİB


Zaqatalada baş verən yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, qəza zamanı xəsarət alan dörd nəfər rayonun Muxax kənd sakinləridir.

Bunlar "Mersedes"in sürücüsü Rəhim Laçın oğlu Laçınov, sərnişinlər - 27 yaşlı Fuad Fazil oğlu Süleymanov, 36 yaşlı Asif İslam oğlu Əhmədov və 63 yaşlı Nizaməddin Məhəmməd oğlu Əminovdu.

Qeyd edək ki, hadisə Qax-Zaqatala avtomobil yolunun rayonun Muxax kənd ərazisindən keçən hissəsində baş verib. Rayonun Muxax kənd sakini 50 yaşlı Rəhim Laçın oğlu Laçınovun idarə etdiyi “Mersedes” markalı minik avtomobili ilə rayonun Göyəm kənd sakini 21 yaşlı Əhməd İsmayıl oğlu Matiyevin idarə etdiyi “Mersedes” markalı minik avtomobili toqquşub. Qəzadan sonra Rəhim Laçınovun idarə etdiyi Mersedes idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

***

15:01

Zaqatala minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qax-Zaqatala avtomobil yolunun Muxax kənd ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan iki “Mersedes” markalı minik avtomobili toqquşub.

İlkin məlumata götə, qəza zamanı xəsarət alan üç nəfər Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdirilib.

Hazırda yaraılılara tibbi yardım göstərilir və şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxşar xəbərlər

Zaqatalada iki minik avtomobili toqquşub, xəsarət alanlar var
Zaqatalada yol qəzasından ölən şəxsin kimliyi məlum olub - YENİLƏNİB
Zaqatalada yol qəzasında xəsarət alan beş nəfərin kimliyi məlum olub - FOTO - YENİLƏNİB
Zaqatala minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Salyanda minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alanlar var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle