Aktyor Vüsal Murtuzəliyevin vəziyyəti açıqlanıb
sizinxeber.az xəbər saytı

Aktyor Vüsal Murtuzəliyevin vəziyyəti açıqlanıb


Beyninə qan sızan aktyor Vüsal Murtuzəliyevin vəziyyəti açıqlanıb.

Aktyorun bacısı Dilarə Əliyeva "Sizinxeber.az"a bildirib ki, qardaşı hələ də reanimasiyadadır və qarşıdakı 72 saat önəmlidir.

Onun sözlərinə görə, qardaşına anevrizma diaqnozu qoyulub:

"Xəstə 72 saatlıq mərhələni keçməlidir. Həkimlər mümkün müdaxilələri edirlər. Orqanizmdə bir-birindən xəbərsiz fazalar var. Canlı orqanizm olduğu üçün bədənin necə reaksiya verəcəyi dəqiq bilinmir. Ümid edirik ki, bu önəmli zamanı da keçirər. Bundan sonra da bir həftə xüsusi həkim nəzarətində olmalıdır. Həkimlər edə biləcəkləri hər şeyi edirlər. Bəzi yerdə bizə dua etmək qalır".

Qeyd edək ki, aktyor iyulun 19-u saat Sumqayıtda xəstəxanaya müraciət edib. Həkim müayinəsindən sonra Vüsal Murtuzəliyevə dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilib.

Oxşar xəbərlər

Beyninə qan sızan aktyor Vüsal Murtuzəliyevin son durumu açıqlanıb
TƏBİB beyninə qan sızan aktyorun son durumunu açıqlayıb
Aktyor Vüsal Murtuzəliyev əməliyyat olunub, reanimasiyadadır
Beyninə qan sızan aktyor Vüsal Murtuzəliyevin vəziyyəti açıqlanıb
Aktyor Möylə Mirzəliyevin vəziyyəti açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle