sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Aktyor Möylə Mirzəliyevin vəziyyəti açıqlanıb
Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev hələ də süni tənəffüs aparatına qoşuludur.
Bunu APA-ya aktyorun qızı bildirib.
“Atamın ağ ciyərində infeksiya var. Həkimlər onu müalicə etməyə çalışırlar. Hələ də süni tənəffüs aparatına qoşuludur. Bir də böyrəklərində problem olur deyə bəzən dializ aparatına da qoşulur”.
Qızı onu da qeyd edib ki, atasının səhhəti ilə yalnız Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rəhbərliyi və aktyor dostları maraqlanır.
Qeyd edək ki, bir neçə gün öncə aktyor əməliyyat olunduqdan sonra hərəkət qabiliyyətini itirib, səhhəti daha da ağırlaşıb.
Oxşar xəbərlər
Musiqili Teatrın aktyoru reanimasiyaya yerləşdirilib
Aktyor Möylə Mirzəliyevin vəziyyəti kritik-ağırdır, tənəffüs reabilitasiyası alır
Həkimlər aktyor Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edib, süni tənəffüs aparatına qoşulub - YENİLƏNİB1
Süni nəfəs aparatına qoşulmuş aktyorun son durumu açıqlanıb
Azər Baxşəliyevin xanımının paylaşımı suallar doğurdu: Aktyor sağdır?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













