Quba rayonunda iki qadın ağır yol qəzasında ölüb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Quba rayonunda iki qadın ağır yol qəzasında ölüb - YENİLƏNİB


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Quba rayonu, Nügədi-Qazmalar yolunun 8-ci kilometrliyində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən “Sizinxeber.az”a verilən məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Quba rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Opel” markalı minik avtomobili ilə “Hyundai” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “Opel” markalı minik avtomobilinin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1970-ci il təvəllüdlü Baxışov Ramin Sədr oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə nəticəsində iki nəfər vəfat edib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

20:38

Quba rayonunun Qaraçay kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Sizinxeber.az”un Şimal bürosu məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində iki qadın dünyasını dəyişib.

Yaralanan daha iki nəfər Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub, fakt araşdırılır.

Oxşar xəbərlər

Qobustanda iki maşın toqquşub, xəsarət alan var
Sabirabadda minik və yük avtomobilləri toqquşub, xəsarət alan var
Şəkidə yol qəzası olub, xəsarət alan var
Qəza zamanı avtomobildə sıxılı vəziyyətdə qalan sürücü xilas edilib
Şəmkirdə yol qəzası olub, sıxılı vəziyyətdə qalan sürücü xilas edilib - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle