QMİ sədri Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib
sizinxeber.az xəbər saytı

QMİ sədri Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

"Report"un xəbərinə görə, sədr qeyd edib ki, əziz bayramı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, qəhrəman əsgərlərin sayəsində Xankəndidə, Əsgəranda, Xocalıda üçrəngli bayrağı ucaltması, Şuşa, Ağdam, Zəngilan məscidlərinin minarələrindən azanların səslənməsi ilə qarşılamaq qürurvericidir.

A. Paşazadə vurğulayıb ki, builki bayram AMEA Şamaxı Rəsədxanasının hesablamalarına əsasən Qazılar Şurasının fətvasında qeyd olunduğu kimi, hicri-qəməri təqvimlə zilhiccə ayının 10-na, miladi tarixlə 6 iyun tarixinə təsadüf edir:

"Həmişə xaqlın dini inanclarının qayğısına qalan dövlətimiz iki günü – 6-7 iyun tarixlərini qeyri-iş günü elan edib.

Şəri hökmlərə əsasən, 3 gün ərzində icra oluna bilən Qurban kəsimi həcc ziyarəti zamanı mütləq vacib əməldir, həcc xaricində olan müsəlmanların qurban kəsib ehtiyacı olanlara paylamaq niyyəti isə müstəhəb və savabdır".

Oxşar xəbərlər

QMİ Qurban bayramı ilə bağlı fətva verib
Qurban bayramının namaz vaxtı açıqlanıb
QMİ Qurban bayramı ilə bağlı fətva verəcək
Qurban bayramı ilə bağlı fətva verilib - YENİLƏNİB
Allahşükür Paşazadə Rusiyada Qafqaz Xalqları Ali Dini Şurasının iclasına qatılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər