Ramin Məmmədov Zərdabda vətəndaşları qəbul edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
08 
apr
2025
17:00

Ramin Məmmədov Zərdabda vətəndaşları qəbul edib

08 apr, 2025
17:00
683

Ramin Məmmədov Zərdabda vətəndaşları qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Zərdabda vətəndaşları qəbul edib.

Bu barədə "Report"a Dini Komitədən məlumat verilib.

Qeyd edilib ki, qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin Zərdab şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi ehtiramla yad olunub.

Qəbul zamanı Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarından olan vətəndaşlar müqəddəs kitabları öyrənmə (Quran) kurslarının yaradılması üçün icazənin alınması, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyinatı, dini icmanın dövlət qeydiyyatına alınması, məscidin dini ədəbiyyatla təmin olunması və digər məsələlərlə bağlı müraciət ediblər.

Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Bizimlə əlaqə saxlayın