Ramin Məmmədov Siyəzəndə vətəndaşları qəbul edib
sizinxeber.az xəbər saytı

Ramin Məmmədov Siyəzəndə vətəndaşları qəbul edib


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Siyəzən şəhərində vətəndaşları qəbul edib.

Bu barədə "Sizinxeber.az"a Dövlət Komitəsindən məlumat verilib.

Qəbul zamanı Siyəzən, Şabran və Quba rayonlarından olan vətəndaşlar dini icmanın dövlət qeydiyyatına alınması, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, müqəddəs kitabları öyrənmə kurslarının yaradılması, məscidin dini ədəbiyyatla təmin olunması və digər məsələlərlə bağlı müraciət ediblər.

Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Oxşar xəbərlər

Ramin Məmmədov Göygöldə vətəndaşları qəbul edib
Ramin Məmmədov Qubada vətəndaşları qəbul edib
Ramin Məmmədov Siyəzəndə vətəndaşları qəbul edəcək
Dini Komitənin sədri Şirvan şəhərində vətəndaşları qəbul edəcək
Dövlət Komitəsinin sədri Zaqatalada vətəndaşları qəbul edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər