Bahar Muradova: Din xadimləri erkən və qohum nikahına dair məlumatlandırmada geniş iştirak etməlidir
Dini təhsil müəssisələrində erkən və qohumlararası nikahın mənfi nəticələrinə dair məlumatlılığın artırılmasında din xadimlərinin geniş iştirakı şərtdir.
"Sizinxeber.az" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, radikal dini təsirlərin qarşısını almaq üçün cəmiyyətin müxtəlif təbəqələri, xüsusilə də uşaqlar və gənclər arasında düzgün dini savadlılığın artırılması diqqətdə saxlanılmalı, aidiyyəti dövlət orqanları maarifləndirici tədbirlərə üstünlük verməlidirlər:
"Müvafiq dövlət orqanları arasında əlaqələndirilmiş maarifləndirmə proqramlarnın icrası ilə yanaşı, qadınların hüquqlarının təmin edilməsinə, onların ailədə və cəmiyyətdə getdikcə artan roluna uyğun mövqelərə əlçatanlığının təmin olması üçün dinlərin mütərəqqi mesajları da geniş təbliğ edilməlidir".
B.Muradova bildirib ki, dini maarifləndirmə qadınların təhsili və iqtisadi gücləndirilməsi imkanlarının artırılmasına dair məlumatlandırılmasında da istifadə edilə bilər.
Oxşar xəbərlər
Dini Komitəyə erkən və qohumlararası nikaha nəzarətlə bağlı əlavə səlahiyyətlər verilib
Dini təhsil müəssisələrində qohum nikahının mənfi nəticələrinə dair mövzular tədris olunacaq
Bahar Muradova ŞƏT-in Qadınlar Forumunda iştirak edir
Bahar Muradova: Azərbaycanda ibtidai təhsil alan qadınların göstəricisi 98 faiz təşkil edir
Bahar Muradova: "Ailə Konsepsiyası"nın hazırlanmasına başlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












