Ramin Məmmədov: Əsas məqsədlərdən biri dinin yanlış interpretasiyalarını dəyişməkdir
Bəzi hallarda dini amillərdən məqsədli şəkildə cəmiyyətləri parçalamaq, milli şüurda ziddiyyətlər yaratmaq üçün istifadə olunur.
“Sizinxeber.az”un Qərb bürosunun məlumatına görə, bunu Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov dekabrın 10-da Mingəçevirdə “Qloballaşan dünyada ənənəvilik və müasirlik” mövzusunda keçirilən regional konfransdakı çıxışında deyib.
Komitə sədrinin sözlərinə görə, Azərbaycan xalqının əsas xüsusiyyətlərindən biri müasirliyə can atmağı milli ənənəyə çevirməsidir:
“Bizim keçdiyimiz yol gələcəyə baxışımızın məzmununu müəyyənləşdirən vacib amillərdən biridir. Adət-ənənələrimiz, tariximiz bizi başqalarından fərqləndirir. Ancaq indi elə bir dünyada yaşayırıq ki, gələcəyimizi öz əllərimizlə inşa etməliyik. Ənənələr bizə müasir olmağa heç bir maneə yaratmır. Əksinə, Azərbaycan xalqının əsas xüsusiyyətlərindən biri müasirliyə can atmağı milli ənənəyə çevirməsidir”.
O, mövcud şəraitdə dinin yanlış interpretasiyalarının dəyişdirilməsinin vacibliyini burğulayıb:
“Biz yeni bir tarixi mərhələnin iştirakçılarıyıq. İndi başlıca məqsədlərdən biri dinin yanlış interpretasiyalarını dəyişməkdən ibarət olmalıdır. Çünki hər bir xalqın inancı onun milli-mənəvi dəyərlərinin çox vacib elementidir”.
Oxşar xəbərlər
Ramin Məmmədov: Din ifadəsi terrorçuluq, separatizm, radikalizm kimi terminlərlə yanaşı istifadə olunur
Ramin Məmmədov: Dinin müxtəlif kontekstlərdə alətə çevrilməməsi üçün ciddi işlər görülür
Ramin Məmmədov: Dinin mahiyyətinin olduğu kimi təbliğində din xadimlərinin üzərinə böyük məsuliyyət düşür
Ramin Məmmədov: Etnik və dini müxtəliflik ayırıcı yox, qarşılıqlı dialoqu təşviq edən amildir
Komitə sədri: Dini tədris etmək elmi düşüncə və pedaqoji bacarıq tələb edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Oyun zamanı meydançada öldü
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir












