Ramin Məmmədov: Dinin müxtəlif kontekstlərdə alətə çevrilməməsi üçün ciddi işlər görülür
Müvafiq strukturlar dinin müxtəlif kontekstlərdə alətə çevrilməməsi istiqamətində ciddi işlər həyata keçirirlər.
"Report"un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Şuşa şəhərində keçirilən "İdeoloji mübarizədə din amili: mediadan gözləntilər" mövzusunda seminarda çıxış edərkən deyib.
Onun sözlərinə görə, “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda seminarın azad olunmuş ərazilərdə təşkil edilməsi təsadüfi deyil: "Heydər Əliyev Fondunun azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa-quruculuq işləri Azərbaycan xalqının öz mədəni irsinə münasibətinin təzahürüdür. Seminarı keçirməkdə məqsədimiz budur ki, dini amilin siyasi, psixoloji amilə çevrilməməsi istiqamətində müzakirələr aparaq. Dövlət qurumları, media nümayəndələri və cəmiyyət bu istiqamətdə vəhdətlə çalışmalıdır".
Oxşar xəbərlər
Şuşada "İdeoloji mübarizədə din amili: mediadan gözləntilər" mövzusunda seminar başlayıb
Şuşada “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda seminar keçiriləcək
Şöbə müdiri: Qərb KİV-lərində ksenofobiya, türkofobiya, islamofobiya geniş vüsət alıb
Şuşada “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda seminar keçirilir - FOTO
Ramin Məmmədov: Dinin mahiyyətinin olduğu kimi təbliğində din xadimlərinin üzərinə böyük məsuliyyət düşür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb












