Ramin Məmmədov: Din ifadəsi terrorçuluq, separatizm, radikalizm kimi terminlərlə yanaşı istifadə olunur
sizinxeber.az xəbər saytı

Ramin Məmmədov: Din ifadəsi terrorçuluq, separatizm, radikalizm kimi terminlərlə yanaşı istifadə olunur


Son illərdə, hətta ən yüksək səviyyəli beynəlxalq tədbirlərdə belə din ifadəsi terrorçuluq, separatizm, radikalizm kimi terminlərlə yanaşı istifadə olunur.

"Sizinxeber.az"un Şimal bürosunun məlumatına görə, bunu Xaçmazda “Dini müstəvidə ideoloji təhlükəsizlik: çağırışlar və perspektivlər” mövzusunda regional konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Ramin Məmmədov bildirib:

O qeyd edib ki, əslində ictimai şüurda təhdid kimi qəbul edilən bu anlayışların heç birinin dinlərə aidiyyəti yoxdur:

“Din və ideoloji təhlükəsizlik bir-birinə sıx bağlı mövzulardır. Yaşadığımız dünyada baş verən hadisələrin dinamikası, qlobal təhlükəsizliyi təhdid edən problemlər, regionda cərəyan edən mürəkkəb proseslər bizi təhlükəsizlik məsələlərinə daha çox diqqət ayırmağa sövq edir”.

Komitə sədri vurğulayıb ki, heç bir din insan həyatına, sağlamlığına qəsdi təqdir etmir, heç bir dini kitabda müharibələrin, insan faciəsi ilə nəticələnən qanlı toqquşmaların təşviqi ilə bağlı fikirlər yoxdur.

“Lakin indi dinin siyasiləşdirilməsi, hətta bəzən beynəlxalq münasibətlər sistemində ayırıcı faktor kimi dinə istinad olunması faktlarının mövcud olduğunu inkar edə bilmərik. Bu cür təşəbbüslər nəticə etibarilə dinlərin ənənəvi missiyası haqqında hamı tərəfindən qəbul olunmuş təsəvvürləri dəyişdirir”, - o deyib.

R.Məmmədov bəyan edib ki, bu mənada, tolerantlıq, multikulturalizm, inanclara, milli-mənəvi dəyərlərə, mədəni irsə hörmət kimi ali bəşəri dəyərlər üzərində qurulmuş münasibətlər sistemi Azərbaycanda milli həmrəyliyin əsas komponentini təşkil edir:

“Bizi münaqişə və ziddiyyətlərin adi həyat normasına çevrildiyi ölkələrdən fərqləndirən başlıca amil də elə bundan ibarətdir”.

Oxşar xəbərlər

Dini Komitənin sədri: İdeoloji mübarizədə Azərbaycan modelinə yönələn təhdidlər mövcuddur
Ramin Məmmədov: Etnik və dini müxtəliflik ayırıcı yox, qarşılıqlı dialoqu təşviq edən amildir
Xaçmazda dini müstəvidə ideoloji təhlükəsizliyə həsr olunan konfrans keçirilib
Ramin Məmmədov: Dinin mahiyyətinin olduğu kimi təbliğində din xadimlərinin üzərinə böyük məsuliyyət düşür
Ramin Məmmədov: Azərbaycanda dövlət-din münasibətlərini möhkəmləndirəcək ideyalar öyrənilməlidir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər