Allahşükür Paşazadə Misirdəki dini müzakirələrə dəvət olunub
Əl-Əzhər Əl-Şərifin Baş İmamı Əhməd Əl-Tayyib Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadəni Bəhreyn forumu öncəsi müzakirələr üçün Misirə dəvət edib.
Bu barədə "Sizinxeber.az"a QMİ-dən məlumat verilib.
Bildirilib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Bakıya təşrif buyurmuş Əl-Əzhər Əl-Şərifin Baş İmamı, Şeyx dr. Əhməd Əl-Tayyib ilə Şeyxülislam Allahşükür Paşazadənin görüşü baş tutub.
Görüşdə region ölkələri ilə əlaqələrin yaxşılaşdırılmasında Azərbaycanın xüsusi rolunun olduğunu deyən Əhməd Əl-Tayyib, gələn ilin fevralında Bəhreyndə keçiriləcək dinlərarası və sünni-şiə dialoqunda Azərbaycanın iştirakının vacibliyinə diqqəti çəkib.
Daha sonra Azərbaycanın dinlərarası və İslamdaxili dialoq sahəsində çox uğurlu örnək təcrübəsinin olduğunu vurğulayaraq böyük imam Əhməd Əl Tayyib sədri olduğu Müsəlman Ağsaqqalları Şurasının üzvü - Şeyxüslislam A.Paşazadəni Bəhreyn forumu öncəsi müzakirələr üçün Misirə dəvət edib.
Oxşar xəbərlər
Azərbaycan gələn ilin fevralında Bəhreyndə keçiriləcək dinlərarası dialoqa dəvət olunub
Prezident İlham Əliyev Əl-Əzhəri Şərifin şeyxi ilə görüşüb - YENİLƏNİB
Allahşükür Paşazadə sabah Rusiyaya gedir
Allahşükür Paşazadə Braziliyadakı G20 Dinlərarası Forumunda iştirak edəcək
İlham Əliyev Əl-Əzhəri Şərifin şeyxi ilə görüşüb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Prezident İlham Əliyevin doğum günüdür
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı












