Suriya zəvvarların daşınması üçün Türkiyə və Səudiyyə Ərəbistanı ilə sazişlər imzalayıb
Suriya həcc ziyarəti zamanı suriyalı zəvvarların daşınması üçün Türkiyə və Səudiyyə Ərəbistanı ilə hava nəqliyyatı sazişləri imzalayıb.
“Sizinxeber.az” Suriya mətbuatına istinadən xəbər verir ki, sənədlər Suriyanın Vəqflər Nazirliyinin Həcc və Ümrə İdarəsi ilə "Türk Hava Yolları" və “Centromo Hava Yolları" arasında imzalanıb.
Məlumata görə, müqavilələr zəvvarların Dəməşq Beynəlxalq Hava Limanından Ciddədəki Kral Əbdüləziz Beynəlxalq Hava Limanına, geridönüşdə isə Mədinədəki Şahzadə Məhəmməd bin Əbdüləziz Hava Limanından Suriya paytaxtına daşınmasını asanlaşdırmaq məqsədilə bağlanıb.
Müqavilələrə əsasən, hər bir zəvvara ümumi çəkisi 40 kiloqrama qədər olan iki çanta (hər çanta 20 kiloqram) daşımağa icazə veriləcək, bundan əlavə, təşkilatçı qrup tərəfindən hər bir zəvvara 5 litrlik Zəmzəm suyu şüşələri təqdim ediləcək.
Oxşar xəbərlər
Səudiyyə Ərəbistanı Həcc ziyarəti mərasimindən siyasi məqsədlər üçün istifadə edilməsinə yol verməyəcək
Həccdə dünyasını dəyişən zəvvarların sayı 1 300 nəfəri ötüb - YENİLƏNİB
Naxçıvan Beynəlxalq Hava Limanında ciddi sərnişin sıxlığı müşahidə olunur
Suriya XİN: Sanksiyaların ləğvi ölkənin sabitliyi üçün vacibdir
Latakiya və Qamışlı hava limanları fevralın 15-dək bağlı qalacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













