Sizinxeber.az » Cəmiyyət » Hüseynbala Mirələmov: “Kürəkəni mənə ağlaya-ağlaya dedi ki, Hadı müəllim yıxılıb qalıb”

Hüseynbala Mirələmov: “Kürəkəni mənə ağlaya-ağlaya dedi ki, Hadı müəllim yıxılıb qalıb”

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadı Rəcəbli bu gün səhər saatlarında ürək çatışmazlığından vəfat edib.

Modern.az onun yaxın dostlarından olan sabiq deputat Hüseynbala Mirələmovla əlaqə saxlayıb.

O, dostunun ölüm xəbərindən sarsıldığını söyləyib:

“Dünən gecə onunla telefonda danışmışdıq. Oradan-buradan söhbət etdik. Bu gün məni yuxudan oyatdılar ki, internetdə Hadının öldüyünü yazıblar. Əvvəlcə inanmadım, dedim elə şey ola bilməz. Tez mərhumun kürəkəninə zəng elədim. Mənə  ağlaya-ağlaya dedi ki, Hadı müəllim yıxılıb qalıb. Bu adam hər gün 30-35 dəqiqə idman edirdi. Biz orta məktəbi bir yerdə oxumuşduq. 15 il Milli Məclisdə yanaşı əyləşmişdik. Bu xəbər məni çox üzdü, kövrək və yandırıcı izlərlə qalacaq xatirəmdə. O, çox qıvraq adam idi. Yeriyəndə şux yeriyirdi. Hamı ona həsəd aparırdı”.

H.Mirələmov deyib ki, Hadı Rəcəbli dövlətini, vətənini sevən adam olub:

“Milli Məclisdə komitə sədri olanda hansısa nazirliyin nöqsanlarını da üzərinə götürürdü, deyirdi mənəm günahkar, mən düzgün etməmişəm. Çox vətənsevər idi. Allah rəhmət eləsin!”

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !