Sizinxeber.az » Siyasət » Bahar Muradova: “Hadı Rəcəbli ilə xatirələri olan insan çoxdur”

Bahar Muradova: “Hadı Rəcəbli ilə xatirələri olan insan çoxdur”

“Azərbaycan ictimaiyyəti qətiyyətli insanını itirdi”.

Oxu.Az xəbər verir ki, bu sözləri mərhum sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadı Rəcəbli ilə vida mərasimi zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

O, mərhum deputatla bağlı xatirələrini bölüşüb:

“Hadı müəllimin fəaliyyəti zəngin və çoxşaxəlidir. Xatirələri olan insan çoxdur. O, gənc yaşlarından ictimai-siyasi proseslərin iştirakçısı olub. Onun itkisinin kədərini yaşayanlara başsağlığı verirəm. Azərbaycan ictimaiyyəti qətiyyətli insanını itirdi. Gənc nəslin, neçə-neçə kadrların formalaşmasında Hadı Rəcəblinin böyük xidmətləri olub”.

B.Muradova mərhumla sonuncu dəfə iki ay öncə danışdığını deyib:

“Bir müsahibəsini izləmişdim, buna görə təşəkkür etdim. Orada bəzi məqamlar var idi ki, onlara aydınlıq gətirmişdi. Buna görə minnətdarlıq etdim. O həmişə mənə deyirdi ki, “siyasətçi hər ona ünvanlanan qərəzli suala cavab verməməlidir. Zamana buraxmaq lazımdır”. Elm sahəsində planlarını da mənimlə bölüşdü”.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !