Boşananlara BƏD XƏBƏR:Aliment məbləği ARTIRILIR
2025-cü ilin yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləği 235 manatdan 246 manata çatdırıla bilər.
Sizinxeber.Az "Modern.az"a istinadən xəbər verir ki, məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılıb.
Bildirilib ki, "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib. Bu, həm də alimentin minimum məbləği deməkdir.İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov iclasda söyləyib ki, uşaqlar üçün yaşayış minimumunun 2028-ci ildə 275 manat olacağı proqnozlaşdırılır.
Qeyd edək ki, alimentin minimum məbləği 2023-cü ildə 220 manat, 2024-də 235 manat olub.
Oxşar xəbərlər
Azərbaycanda 2025-ci ildə yaşayış minimumunun 285, 2026-cı ildə 300 manat olacağı proqnozlaşdırılır
Prezident gələn il üçün yaşayış minimumunu təsdiqləyib
Azərbaycanda ünvanlı sosial yardımın aylıq məbləği artıb
Milli Məclisdə yaşayış minimumu, ehtiyac meyarı ilə bağlı qanun layihələrinin müzakirə ediləcəyi gün məlum olub
Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













