Kredit götürdüyü pul kartından oğurlandı: sakin şikayətçidir - VİDEO
Bankdan onlayn yolla kredit götürən şəxsin pulu kartından oğurlanıb.
Məlumata görə, İsmayıllı rayon sakini Zaur Talıbov iddia edir ki, kartına müdaxilə edilib.
Zaur Talıbovun iddiasına görə, o, bir müddət əvvəl bankların birindən 1823 manat kredit götrüb. Zaurun şəxsi kartında əlavə 447 manat da olub. Sonradan kartdan bütün pullar çıxarılıb.
Zərərçəkmiş qeyd edir ki, o, bu haqda aidiyyəti üzrə müraciət edib. Eyni zamanda pulun köçürüldüyü digər kartın kodlarını da təqdim edib.
DİN-nin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov deyib ki, daxil olan məlumatla əlaqədar araşdırma aparılır.
O qeyd edib ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müvafiq sorğular göndərilib. Əməli törədən şəxs və şəxlərin müəyyən olunması istiqamətində tədbirlər görülür.
Oxşar xəbərlər
Azərbaycandakı kredit ittifaqlarının zərəri 80 % artıb
Azərbaycanda qadının kartından 50 min manat oğurlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Milli Məclis hərbçilərlə bağlı qərar qəbul edib
-
AFFA uşaq psixologiyası və motivasiya mövzusunda onlayn seminar təşkil edib
-
Moskvada Azərbaycanın Müstəqillik Gününə həsr olunan təntənəli qəbul keçirilib - FOTO
-
Oman sahillərində tanker atəşə tutulub
-
"AzerGold" qeyri-filiz faydalı qazıntı sahələri üzrə fəaliyyətə başlayıb
-
Yevlaxda baba və nəvəsini avtomobil vurub, ölən var
