Azərbaycanda qadının kartından 50 min manat oğurlanıb
Azərbaycanda qadının kartından 50 min manat oğurlanıb.
"Report" xəbər verir ki, bu sözləri DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev deyib.
O bildirib ki, diqqətsizlik, ehtiyatsızlıq və yalana inam 50 min manatın oğurlanması ilə nəticələnib: "İnvestiya adı ilə bank kartı məlumatlarını naməlum şəxsə verən xanımı inandırıblar ki, az yatırım etməklə daha çox qazanc əldə edə bilər. Danışıqlar Qazaxıstan nömrəsi ilə aparılıb. Bu, yeganə fakt deyil".
Elşad Hacıyev qeyd edib ki, avqustun 2-də isə ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla – 9050, 504, 1527, 1000, 1000, 2436, 100, 1000, 535, 27, 80, 1000, 101, 2800, 230, 460 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
"Vətəndaşlara çağırış edirik ki, kiber məkanda sxemlər tez-tez dəyişir, lakin prinsiplər dəyişmir. Naməlum şəxslərdən daxil olan şübhəli zəngləri, mesajları açmayın, danışmayın, yazışmayın. Hesabınıza kimsə pul köçürmək istəyirsə, bank kartınızın 16 rəqəmindən əlavə məlumatları verməyin, əks halda pul vəsaitinizi itirəcəksiniz"- deyə idarə rəisi qeyd edib.
Oxşar xəbərlər
Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb, DİN vətəndaşlara çağırış edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
DİN-dən xəbərdarlıq: Süni intellektlə sizlə bank əməkdaşı, ailə üzvü adından danışıqlar aparıla bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
DİN: Bank kart məlumatlarını vermək risklidir - MÜRACİƏT [xfgiven_updateblue][/xfgiven_updateblue]
DİN-dən əhaliyə ciddi XƏBƏRDARLIQ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda bank kartlarından 20 min manat oğurlayan şəxs saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












