"Fin evləri"ni sökərək yerinə fərdi yaşayış mənzilləri tikənlərin əmlak hüquqları tanınacaq
Həyətyanı evləri sökərək yerinə fərdi yaşayış mənzilləri tikənlərin əmlak hüquqları tanınacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin sədri Nigar Alimova Prezident İlham Əliyev tərəfindən iyulun 16-da imzalanan "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nda dəyişikliklər edilməsi barədə" Fərmanının mahiyyəti və üstünlükləri barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə təşkil olunan brifinqdə məlumat verib.
O bildirib ki, fərmana edilən yeni düzəliş həyətyanı evtipli mənzillərlə də bağlıdır:
"Buna daha anlaşıqlı olsun deyə fin tipli evlər də deyilir. Təcrübə onu göstərdi ki, vətəndaşların həmin tikililəri sökərək yerinə yeni fərdi yaşayış evlərini tikməsi tendensiyası mövcuddur. Onların əlində yalnız müvafiq icra hakimiyyəti orqanından yeni fərdi yaşayış evinin tikintisi ilə bağlı sərəncam layihələri var. Sözsüz ki, bu sənəd onlara həmin əmlak və torpaq üzərindən hüquqları qeydiyyata almaq imkanı vermirdi. Yeni düzəlişə əsasən, vətəndaşın əlində 2004-cü ilin avqust ayına qədər həmin evin sökülərək yerinə yeni fərdi yaşayış evinin tikintisinə icazə ilə bağlı sərəncam, həmin yaşayış evinin icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəsi mövcuddursa, bu sənədlərlə müraciət edərək layihədə torpaq sahəsinin ölçüsü göstərilibsə, hüquqların qeydiyyatı obyektinə çevrilir.
439 nömrəli fərmanda sənəd əsası var idi, söhbət təsərrüfatbaşı kitablardan çıxarışlardan gedir. Biz müraciət zamanı gördük ki, vətəndaşlarda çox sayda təsərrüfatbaşı kitablardan çıxarış yox, onun verilməsinə dair arayış var. Bu düzəliş də edilərək, həm çıxarışlar, həm də arayışlar sənəd əsası kimi qiymətləndiriləcək.
Burada bir məsələni vurğulamaq lazımdır ki, həm 439 nömrəli fərmanın tətbiqi zamanı, həm də yeni fərmanın tətbiqi zamanı vətəndaşların əllərində olan sənədlərin arxiv əsasları mövcud olmalıdır".
Oxşar xəbərlər
Nigar Alimova: "Azərbaycanda 2001-ci ilə qədər verilmiş torpaq sənədlərinə əsasən mülkiyyət hüququ tanınacaq”
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir
Azərbaycanda 100 minə yaxın daşınmaz əmlaka “amnistiya” veriləcək
Azərbaycanda SSRİ dövründə ayrılmış torpaq sahələrinin qeydiyyatı asanlaşdırılıb
SSRİ dövründə Azərbaycanda tikilən evlər yeni qaydada sənədləşdiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












