“Daşkəsəndə qadınların məşğulluğunun artırılması” layihəsi çərçivəsində növbəti seminar keçirilib
sizinxeber.az xəbər saytı

“Daşkəsəndə qadınların məşğulluğunun artırılması” layihəsi çərçivəsində növbəti seminar keçirilib


“AzerGold” QSC və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin birgə tərəfdaşlığı ilə “Daşkəsən rayonunda qadınların məşğulluğunun artırılması” layihəsi çərçivəsində növbəti maarifləndirici seminar təşkil edilib.

Tədbirin məqsədi “Çovdar” qızıl mədəninin yaxınlığında yerləşən kəndlərdə yaşayan qadınların əmək bazarına inteqrasiyasına dəstək göstərmək, onların məşğulluq imkanları barədə məlumatlandırılmasını təmin etmək və yerli əmək resurslarının səmərəli istifadəsinə töhfə verməkdir.

Seminarda iştirak edən qadınlara Agentliyin aktiv məşğulluq proqramları - peşə hazırlığı, ödənişli ictimai işlər, özünəməşğulluq proqramı, mövcud vakansiyalar və işəgötürənlərlə əməkdaşlıq imkanları haqqında geniş məlumat təqdim olunub. Eyni zamanda, “AzerGold”un həyata keçirdiyi sosial layihələr, regionda icmaların inkişafına yönəlmiş təşəbbüslər və qadınların iqtisadi cəhətdən gücləndirilməsi istiqamətində görülən işlər seminar iştirakçılarının diqqətinə çatdırılıb.

Təlimdə iştirakçıların sualları cavablandırılıb, onlara “AzerGold”un elektron işə qəbul sistemi, vakant yerlər üzrə namizədlərin imtahan üsulu ilə əmək fəaliyyətinə cəlb edilməsi, eyni zamanda Agentliyin təqdim etdiyi xidmətlərdən istifadə imkanları barədə geniş bəhs olunub, qadınların bu xidmətlərdən yararlanmaları üçün zəruri məsləhətlər verilib.

“Daşkəsən rayonunda qadınların məşğulluğunun artırılması” layihəsi 2023-cü ildən icra edilir. Layihə çərçivəsində təlimlərdə iştirak etmiş, Agentliyə rəsmi müraciət etmiş qadınlardan 2 nəfəri müvafiq peşə üzrə işlə təmin edilib. Bundan başqa, 4 nəfər özünüməşğulluq proqramı çərçivəsində Qadın gözəllik salonu zərfi üzrə aktivlərlə təmin olunub, daha 7 nəfər növbəyə alınıb.

Oxşar xəbərlər

“Daşkəsəndə qadınların məşğulluğunun artırılması” layihəsi çərçivəsində maarifləndirici seminar keçirilib
Laçına köçürülən 950-dən çox şəxsin məşğulluğu təmin olunub
Şuşada ilk dəfə əmək yarmarkası keçirilib
Sahil Babayev: "Beş ildə 1 milyon 100 mindən çox vətəndaşa məşğulluq sahəsində xidmət göstərilib"
Məşğulluq Agentliyinin Qarabağ Universiteti ilə əməkdaşlığı çərçivəsində 50 nəfər işlə təmin edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər