

"ING Group" bu il üçün Avropada təbii qazın qiyməti üzrə proqnozunu artırıb
Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) Avropada təbii qazın orta qiyməti üzrə proqnozunu açıqlayıb.
“Sizinxeber.az-Economics” "ING Group"a istinadən xəbər verir ki, qurum 2024-cü il üçün TTF indeksi (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən iri virtual satış mərkəzi) üzrə Avropada qazın qiyməti ilə bağlı proqnozunu 31 avrodan (elektrik enerjisi ekvivalentində - MVt-saat üçün) 33 avroyadək artırıb.
Bundan başqa "ING Group" Avropada qazın qiymətinin 2025-ci ildə 29 avro (proqnoz dəyişməyib), 2026-cı ildə isə 28 avro (proqnoz dəyişməyib) səviyyəsində olacağını proqnozlaşdırır.
Xatırladaq ki, 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.
Oxşar xəbərlər
Avropada bu il təbii qaz daha da bahalaşacaq - PROQNOZ
ING neftin qiyməti üzrə proqnozunu endirib
ING Azərbaycan üzrə inflyasiya proqnozunu artırıb
Avropada qazın qiyməti 450 dolları ötüb
Avropada avqust ayında qazın orta qiyməti 19% artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Belçika və Aİ-dəki səfir: Azərbaycan beynəlxalq siyasətin məsuliyyətli iştirakçısı və regional liderdir
-
Azərbaycan Muay Tay Federasiyasının prezidenti Antalyada bıçaqlanıb - VİDEO - YENİLƏNİB
-
Abşeron kanalında lildən təmizləmə və su infrastrukturunun yenilənməsi işləri açıqlanıb
-
Pakistan Baş naziri: Qəzzada atəşkəs elan olunmalıdır
-
"Latsio" klubu Mauritsio Sarriyə 2027-ci ilə qədər müqavilə təklif edib
-
Tbilisidə 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib
