Rusiya Azərbaycanla sərhəddə intellektual keçid məntəqəsi yaradacaq
sizinxeber.az xəbər saytı

Rusiya Azərbaycanla sərhəddə intellektual keçid məntəqəsi yaradacaq


Rusiyanın Azərbaycanla sərhədində ilk intellektual keçid məntəqəsi yaradılır və hazırda sistem sınaqdan keçirilir.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi sosial şəbəkələrdə bildirib.

Söhbət Azərbaycanla sərhəddə Dağıstan Respublikasında yerləşən Tahirkənd-Qazmalar keçid məntəqəsindən gedir. Keçid məntəqəsindən "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi keçir və burada hər gün orta hesabla 230 yük maşını yola salınır.

Keçid məntəqəsi "Səmərəli nəqliyyat sistemi" adlı milli layihə çərçivəsində modernləşdiriləcək: onun buraxılış qabiliyyəti təxminən 12 dəfə artaraq gündə 2 360 nəqliyyat vasitəsinə çatacaq, hərəkət zolaqlarının sayı isə 6-dan 20-yə qədər artacaq.

"Biz yük avtomobilləri üçün sərhədkeçmə vaxtının 10 dəqiqəyə qədər azaldılması üzərində də işləyirik. Bunun üçün hazırda Tahirkənd-Qazmalarda intellektual keçid məntəqəsinin funksiyaları sınaqdan keçirilir", - Rusiya Nəqliyyat Nazirliyinin məlumatında bildirilib.

Beləliklə, "yerdəki" vəziyyət onlayn rejimdə izlənilir, avtomobillər və yüklər haqqında məlumatlar əvvəlcədən toplanır, daha sonra məlumat gömrük, sərhəd xidməti və digər dövlət orqanlarına ötürülür ki, onlar yükün risk dərəcəsini qiymətləndirə və lazım gəldikdə əlavə nəzarət prosedurları və geniş yoxlama təyin edə bilsinlər.

Oxşar xəbərlər

Finlandiya Rusiya ilə sərhəddə üç keçid məntəqəsini açmağa hazırlaşır
Gürcüstan-Rusiya sərhədindəki "Kazbegi" keçid məntəqəsi sabah 10:00-a qədər bağlı olacaq
Finlandiya Rusiya sərhədi yaxınlığında hərbi təlimlər keçirir
Fələstin Rəfah keçid məntəqəsinin açılması təklifini rədd edib
Misir və İsrail “Rəfah” keçid məntəqəsinin açılmasını müzakirə edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər