

Roma-Katolik Kilsəsinin ordinarisi Vatikanla Azərbaycan arasındakı münasibətlərin gələcək perspektivlərindən danışıb
"Mən həm Ağdamda, həm də Şuşada bəzi səfərlərdə iştirak etmişəm və insanın nəyəsə nifrət, yaxud hansısa emosional təsir altında, anlamadığı və başqası üçün dəyərli olan bir şeyi məhv etməsi ruhuma ağrı verir. Bu, ya tərbiyəsizliyin, ya da qeyri-insani yanaşmanın əlamətidir".
Bunu Sizinxeber.az-ya açıqlamasında Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi, yepiskop Vladimir Fekete Bakıda keçirilən "İslamafobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması" mövzusundakı beynəlxalq konfransda deyib.
O Azərbaycanın işğaldan azad ,edilmiş ərazilərindəki abidələrinin işğal dövründə dağıdılmasına şübhə edənləri həmin ərazilərə səfər etməyə çağırıb:
"Şübhəsi olanlar və ya tərəddüd edənlər üçün Şuşaya getmək, 30 il işğal altında qalmış həmin yerləri ziyarət etmək, onların əvvəl necə olduğunu və indi necə göründüyünü öz gözləri ilə görmək imkanı var. Bu da onu göstərir ki, bu torpaqların bərpası istiqamətində ciddi bir siyasət həyata keçirilir".
Vatikanın, yəni Roma Katolik Kilsəsində rəhbər dəyişikliyindən sonra Vatikanla Azərbaycan arasındakı münasibətlərin gələcək perspektivlərinə də toxunub:
"Ümid edirəm ki, heç nə dəyişməyəcək, çünki münasibətlər çox yüksək səviyyədədir. Azərbaycanın Müqəddəs Taxt-Tac (Vatikan) yanında səfiri, hörmətli səfir İlqar Muxtarov orada çox yaxşı işlər görür. Bu baxımdan əminəm ki, münasibətlər – əsası hələ II İoann Pavelin səfəri ilə qoyulan və Papa Fransiskin səfəri ilə təsdiqlənən münasibətlər – yalnız müsbət istiqamətdə möhkəmlənəcək".
Oxşar xəbərlər
Roma-Katolik Kilsəsinin nümayəndəsi: Azərbaycanda daim dialoq müşahidə etmişəm
Müqəddəs Taxt-Tacın katibi Bakıda Müqəddəs Messaya başçılıq edib - FOTO
Prezident Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində olub, Roma Papasının vəfatı ilə əlaqədar başsağlığı verib - YENİLƏNİB
Bakıda yeni katolik kilsəsinin təməli qoyulub - FOTO
Prezident Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində olub, Roma Papasının vəfatı ilə əlaqədar başsağlığı verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
