

SDR vasitəsilə qlobal likvidlik dəstəyində Azərbaycanın payı açıqlanıb
Bu il yanvarın 1-nə olan vəziyyətə görə Azərbaycan Mərkəzi Bankının (AMB) Beynəlxalq Valyuta Fondundan (IMF) aldığı xüsusi borcalma hüquqları (SDR) çərçivəsində əldə etdiyi vəsaitlərin həcmi 1 milyard 172,8 milyon manat təşkil edib.
“Sizinxeber.az” bu barədə AMB-nin maliyyə hesabatında istinadən xəbər verir. Hesabata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 % azalıb.
Qeyd edək ki, SDR-lər Valyuta Fondu tərəfindən üzv ölkələrə şərtsiz şəkildə ayrılan ehtiyat aktivləridir. SDR-lərin ümumi paylanması 28 avqust 2009-cu ildən qüvvəyə minib və məqsədi üzv ölkələrin rəsmi valyuta ehtiyatlarını dəstəkləməklə qlobal maliyyə sisteminin likvidliyini artırmaqdır. Paylanma prosesində vəsaitlər üzv ölkələrin IMF-dəki kvotalarına uyğun şəkildə bölüşdürülür.
Bundan əlavə, 10 avqust 2009-cu il tarixində IMF-in Nizamnaməsinə edilən Dördüncü düzəliş əsasında xüsusi birdəfəlik SDR paylanması həyata keçirilib. Bu düzəliş çərçivəsində, 9 sentyabr 2009-cu il tarixində Azərbaycana 34,3 milyon SDR (78,41 milyon manat) məbləğində xüsusi pay ayrılıb və nəticədə ölkənin ümumi SDR həcmi 119,3 milyon SDR-a (272,72 milyon manat) çatıb.
2021-ci ildə isə IMF pandemiyanın təsirlərini yumşaltmaq və qlobal iqtisadi dirçəlişi dəstəkləmək məqsədilə üzv ölkələrə növbəti ümumi SDR paylanması həyata keçirib. Bu mərhələdə Azərbaycana əlavə 375,4 milyon SDR (858,164 milyon manat) məbləğində vəsait ayrılıb.
SDR-lərdən istifadə edən üzv ölkələr bu vəsaitləri IMF ilə əməliyyatlar aparmaq üçün istifadə edə bilərlər. AMB bu paylamaları valyuta öhdəlikləri kimi uçota alır.
Oxşar xəbərlər
ARDNF valyuta satışını 3 dəfəyə yaxın artırıb
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 5 %-dən çox azalıb
Azərbaycanın valyuta hərraclarındakı satış 2 dəfədən çox artıb
ARDNF valyuta satışını 2 dəfədən çox artırıb
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 28 % artırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda sürət qatarı piyadanı vurub
-
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
-
Coratda güclü yanğın baş verib
-
Ukrayna XİN başçısı Zelenski-Putin görüşünə hazırlıq barədə məlumat verib
-
Azərbaycan və Ukraynanın xarici işlər nazirlərinin geniş tərkibdə görüşü başlayıb
-
Prezident İlham Əliyev Ukraynanın xarici işlər nazirini qəbul edib - YENİLƏNİB
