Pakistanlı müşahidəçi: Seçkilər Azərbaycanda demokratik bazanın inkişafına vacib dəstək verəcək
"Azərbaycanda keçirilən növbədənkənar Parlament Seçkilərini müşahidə missiyasının tərkibində yer almaq bizim üçün böyük şərəfdir"
Sizinxeber.az xəbər verir ki, bu sözləri Pakistan Milli Assambleyasının üzvü Zulfiqar Ali Bhatti keçirdiyi brifinqdə deyib.
O əlavə edib ki, seçkilər ölkədə demokratik bazanın inkişafına vacib dəstək verəcək:
"Pakistan Milli Assambleyasının üzvü kimi Azərbaycanda keçirilən növbədənkənar Parlament Seçkilərini müşahidə missiyasının tərkibində yer almaq bizim üçün böyük şərəfdir. Pakistan və Azərbaycan arasındakı münasibətlər bizim üçün böyük önəm daşıdığına görə də çox əhəmiyyətlidir. Pakistan və Azərbaycan arasında uzunmüddətli xoş münasibətlər qarşılıqlı dəstək və həmrəyliyə əsaslanır. Biz əminik ki, bu seçkilər Azərbaycanın demokratik bazasının inkişafına önəmli bir təkan olacaq".
Oxşar xəbərlər
Efiopiyalı parlamentari: Azərbaycanda keçirilən seçkilər bizim üçün nümunə oldu
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibinin müavini: Seçkilər çox sakit, demokratik pirinsiplərə uyğun keçirildi
Pakistan Senatının üzvü: İnsanların sərbəst səs verdiyinin şahidi olduq
Azərbaycanda parlament seçkilərində səsvermə başa çatıb
Türkiyə XİN parlament seçkiləri ilə bağlı bəyanat yayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













