Sabah hərbi hissələrdə və cəzaçəkmə müəssisələrində seçki məntəqələri üzrə seçicilərin siyahılarının dəqiqləşdirilməsi başa çatacaq
Milli Məclisə seçkilərlə əlaqədar hərbi hissələrin, istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin ərazilərində yaradılan seçki məntəqələri üzrə seçicilərin (hərbi hissələrdə yerləşən hərbi qulluqçuların, hərbi hissələrin yerləşdiyi ərazinin hüdudlarında yaşayan hərbi qulluqçu ailələrinin, istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslərin və cəzaçəkmə müəssisələrində cəza çəkən məhbusların və digər seçicilərin) siyahılarının dəqiqləşdirilməsi prosesi sabah başa çatacaq.
APA-nın xəbərinə görə, Seçki Məcəlləsinin 46.6-cı maddəsinə əsasən, məntəqə seçki komissiyaları (hərbi hissə komandirlərinin, istintaq təcridxanaları və cəzaçəkmə müəssisəsi rəhbərlərinin seçicilər haqqında təqdim etdikləri məlumatlar əsasında) səsvermə gününə azı 20 gün qalanadək hərbi hissələrin, istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin ərazilərində yaradılan seçki məntəqələri üzrə seçicilərin (hərbi hissələrdə yerləşən hərbi qulluqçuların, hərbi hissələrin yerləşdiyi ərazinin hüdudlarında yaşayan hərbi qulluqçu ailələrinin, istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslərin və cəzaçəkmə müəssisələrində cəza çəkən məhbusların və digər seçicilərin) siyahılarının dəqiqləşdirilməsini təmin etməlidir.
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il avqustun 12-dək olan dövrü əhatə edir.
Oxşar xəbərlər
Ombudsmanın əməkdaşları 4 saylı cəzaçəkmə müəssisəsinə başçəkmə keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Seçici siyahılarının məlumat lövhələrində yerləşdirilməsi üçün ayrılan müddət başa çatır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda Azərbaycan və Çin hərbi təhsil ekspertlərinin görüşü keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ermənistanda hərbçilər növbəti dəfə qəzaya düşüblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah deputatlığa namizədlərin seçki dairələri üzrə siyahısının dərc edilməsi prosesi başa çatacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












