“Nine Senses Fest” Beynəlxalq Yoqa Festivalının bağlanış mərasimi keçirilib
sizinxeber.az xəbər saytı

“Nine Senses Fest” Beynəlxalq Yoqa Festivalının bağlanış mərasimi keçirilib


“Sea Breeze Event Hall”un əsas səhnəsində üç gün davam edən zəngin proqramdan sonra mayın 4-də “Nine Senses Fest”in bağlanış mərasimi keçirilib.

"Sizinxeber.az" xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, “Nine Senses” İncəsənət Mərkəzinin təsisçisi, Azərbaycan Yoqa Federasiyasının prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

Bağlanış mərasimi çərçivəsində müğənni Çingiz Mustafayev “Healing Evening” proqramı ilə çıxış edib.

Konsertdən sonra “Vibrosoundlab” komandası yekun “Ecstatic Dance”ı təqdim edib.

Beləliklə, yüzdən çox tədbiri - yoqa, meditasiya sessiyaları, ənənəvi təbabət, art-terapiya üzrə mühazirələri, həmçinin musiqi və rəqs qruplarının çıxışlarını əhatə edən üçgünlük proqrama yekun vurulub.

Xatırladaq ki, festival Heydər Əliyev Fondunun vitse-prezidenti, “Nine Senses” İncəsənət Mərkəzinin təsisçisi və Azərbaycan Yoqa Federasiyasının prezidenti Leyla Əliyevanın dəstəyi ilə keçirilib.

Oxşar xəbərlər

Bakıda sağlam həyat tərzinə həsr olunmuş “Nine Senses Fest” keçiriləcək
Bakıda "Nine Senses Fest 2025” başlayır
“Azərsun Holdinq”in baş sponsorluğu ilə “Nine Senses Fest 2025” keçiriləcək
“Nine Senses” incəsənət mərkəzində “Qobustan kodlu” adlı sərgi keçirilir
Leyla Əliyeva Mərakeşdə Uşaq Hüquqları üzrə Milli Observatoriyanın vitse-prezidenti ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle