Xocalının Ballıca kəndində ilk körpə dünyaya gəlib
sizinxeber.az xəbər saytı

Xocalının Ballıca kəndində ilk körpə dünyaya gəlib


Xocalı rayonunun Ballıca kəndində ilk körpə dünyaya gəlib.

"Report"un Qarabağ bürosunun məlumatına görə, Xocalı sakini 1996-cı il təvəllüdlü Sevanə Məmmədovanın dünyaya gətirdiyi ilk övladı oğlandır.

Hazırda ana və körpəyə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir.

Valideynləri körpəyə babası Mehdinin adını qoyublar.

Qeyd edək ki, körpənin atası İlqar Məmmədov Vətən müharibəsinin iştirakçısı olub və hazırda ANAMA-da işləyir.

Oxşar xəbərlər

Şuşada ilk körpə dünyaya gəlib
Şuşada 32 il sonra ilk körpə dünyaya gəlib
Bakıda 6 kq çəkidə körpə doğulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər