İnsult keçirən Xalq artisti Ənvər Həsənovun vəziyyəti stabildir
Xalq artisti Ənvər Həsənovun vəziyyəti stabildir.
Bu barədə "Sizinxeber.az"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirib.
Məlumata görə, iki gün bundan əvvəl vəziyyəti stabilləşən Xalq artisti tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülüb: "Hazırda həmin şöbədə müalicəsi davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir".
Qeyd edək ki, yanvarın 10-da Xalq artisti Ənvər Həsənov halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib.
Yanvarın 17-də isə vəziyyətinin ağırlaşması səbəbilə Reanimasiya şöbəsinə köçürülüb. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub.
Oxşar xəbərlər
TƏBİB: İnsult keçirən Xalq artisti Ənvər Həsənovun vəziyyəti stabildir - YENİLƏNİB
İnsult keçirən Xalq artisti Ənvər Həsənovun vəziyyəti açıqlanıb - YENİLƏNİB
Xalq artisti Ənvər Həsənov insult keçirib
Xalq artisti Ənvər Həsənov insult keçirib, xəstəxanaya yerləşdirilib
Xalq artisti Ofeliya Sənani palataya köçürülüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













