İnsult keçirən Xalq artisti​​​​​​​ Ənvər Həsənovun vəziyyəti açıqlanıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

İnsult keçirən Xalq artisti​​​​​​​ Ənvər Həsənovun vəziyyəti açıqlanıb - YENİLƏNİB


Xalq artisti Ənvər Həsənov yanvarın 10-da saat 10:15-də halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub.

Lent.az xəbər verir ki, TƏBİB bunu Sizinxeber.az-nın sorğusuna cavab olaraq bildirib.

Qeyd edilib ki, ona dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib.

Yanvarın 17-də tarixində vəziyyətinin ağırlaşması səbəbilə pasiyent Reanimasiya şöbəsinə köçürülüb. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub.

Yanvarın 18- də tarixində vəziyyəti stabilləşən xalq artisti tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülüb. Hazırda həmin şöbədə müalicəsi davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir.



***
17:58

Ötən gün səhər insult keçirən
Xalq artisti Ənvər Həsənov reanimasiyadan palataya köçürülüb.

Bu barədə Sizinxeber.az-ya aktyorun yaxınları məlumat verib.

Bildirilib ki, insult keçirəm Ənvər Həsənov bir az öncə palataya köçürülüb, müalicəsi davam etdirilir.

Qeyd edək ki, aktyor 26 nömrəli Mərdəkan Xəstəxanasında müalicə olunur.

Oxşar xəbərlər

Xalq artisti Ofeliya Sənani palataya köçürülüb
Sadıq Zərbəliyevin bu gün xəstəxanadan evə buraxılması planlaşdırılır
Xalq artisti Ənvər Həsənov insult keçirib
İnsult keçirən Xalq artisti​​​​​​​ Ənvər Həsənov reanimasiyadan palataya köçürülüb
Xalq artisti Ənvər Həsənov insult keçirib, xəstəxanaya yerləşdirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər