Nazir: Bakıda müalicəsi davam edən yaralıların vəziyyətləri qənaətbəxşdir
AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğraması nəticəsində xəsarət alan və ötən gün Bakıya gətirilən yaralıların ilkin müayinləri aparılıb, vəziyyətləri qənaətbəxşdir.
"Report"un məlumatına görə, bunu səhiyyə naziri Teymur Musayev Yeni Klinikada müalicəsi davam edən yaralıların son vəziyyəti barədə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə Qazaxıstanda müalicəsi davam edən 3 nəfərin vəziyyəti orta ağırdır:
"Həmin şəxslərin müalicəsi daim nəzarət altındadır. Bakıdan oraya həkim və tibb bacısı qrupu göndəriləcək".
Qeyd edək ki, təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.
Oxşar xəbərlər
Nazir: Yaralıların ilkin müayinləri aparılıb, vəziyyətləri qənaətbəxşdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Teymur Musayev: Aviaqəzada şəxsiyyəti müəyyənləşdirilməyənlərlə bağlı DNT analizləri götürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fələstin Prezidenti: Təyyarə qəzasında insan tələfatı xəbərini təəssüf hissi ilə öyrəndim [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aktauda təyyarə qəzasında həlak olmuş dörd nəfərin nəşi Bakıya gətiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Təyyarə qəzasında sağ qalan sərnişinlərdən 12-si bu gün Azərbaycana gətirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi











