AQTA COP29 ərəfəsində kütləvi qidalanmanın təşkil edildiyi məkanlarda nəzarət tədbirlərini genişləndirib
sizinxeber.az xəbər saytı

AQTA COP29 ərəfəsində kütləvi qidalanmanın təşkil edildiyi məkanlarda nəzarət tədbirlərini genişləndirib


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) COP29 ərəfəsində kütləvi qidalanmanın təşkil edildiyi məkanlarda nəzarət tədbirlərini genişləndirib.

Bunu "Report"un sorğusuna cavab olaraq AQTA-dan bildirilib.

Qeyd olunub ki, Agentlik bu gün paytaxtdakı hotellərdən birində qidalanmanın təşkilinə nəzarət məqsədilə monitorinq keçirib. Hotelin qida blokunun qida təhlükəsizliyi tələblərinə uyğunluğu qiymətləndirilib.

Ümumilikdə Agentlik Bakı və Sumqayıt şəhərləri, habelə Abşeron rayonunun inzibati ərazi vahidi üzrə ümumilikdə 350 hotelin qidalanma blokunda qiymətləndirmə həyata keçirilib. Onlardan 68-də qidalanmanın mövcud olmadığı məlum olub, 245-də isə qida təhlükəsizliyi tələblərinin pozulması faktı aşkarlanıb ki, bununla bağlı obyekt rəhbərlərinə icrası məcburi göstərişlər verilib.

Aparılan təkrar qiymətləndirmə nəticəsində 223 hotelin qidalanma blokunda aşkarlanan nöqsanların tam, 20-də qismən aradan qaldırıldığı müəyyən edilib, 2 hotelin isə hazırda fəaliyyət göstərmədiyi məlum olub.

Bundan başqa, Agentlik regionlarda yerləşən 159 hotelin də qidalanma blokunda qiymətləndirmə həyata keçirib. Qida təhlükəsizliyi tələblərinə uyğunluğun qiymətləndirilməsi zamanı bəzi müəssisələrdə aşkarlanan nöqsanların həlli istiqamətində müvafiq tədbirlər görülüb.

Hotellərlə yanaşı, Bakı və Sumqayıt şəhərləri, habelə Abşeron rayonunun inzibati ərazi vahidi üzrə keytrinq xidməti ilə məşğul olan 48 obyektin qida təhlükəsizliyi tələblərinə uyğunluğunun qiymətləndirilməsi aparılıb. Qiymətləndirmə zamanı bir sıra müəssisələrdə aşkarlanan nöqsanların həlli istiqamətində müvafiq tədbirlər həyata keçirilib, müəssisə rəhbərlərinə icrasi məcburi göstərişlər verilib. Hazırda həmin müəssisələrdə sağlamlaşdırma tədbirləri davam edir.

Əlavə olaraq 10 rezidensiyada da qiymətləndirmə aparılıb. Qida bloklarının, mətbəxlərinin qiymətləndirilməsi zamanı həmin müəssisələrin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətində bir sıra uyğunsuzluqlar müəyyən edilib.

Nöqsanların aradan qaldırılması ilə bağlı müəssisə rəhbərlərinə icrası məcburi göstərişlər verilib.

Oxşar xəbərlər

Bu il qida zəhərlənmələri ilə bağlı AQTA-ya 238 müraciət daxil olub
AQTA 113 aptekdə nöqsanlar aşkarlayıb
Ölkəyə qanunsuz yollarla gətirilən kökəldici dərmanla bağlı XƏBƏRDARLIQ
AQTA-dan bu məhsulla bağlı xəbərdarlıq: Kimyəvi maddə...
AQTA apteklərdə yoxlama aparıb, 113-də nöqsanlar aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər