Vüqar Qurbanov: Təcili tibbi yardım xidmətinin ödənişli olması nəzərdə tutulmur
Yaxın gələcək üçün əhaliyə göstərilən təcili tibbi yardım xidmətinin ödənişli olması nəzərdə tutulmur.
"Report" xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsi və inkişaf etdirilməsinə dair keçirilən brifinqdə sualları cavablandırarkən deyib.
O bildirib ki, belə məsələ gündəmdə yoxdur.
V.Qurbanov xatırladıb ki, əhaliyə göstərilən təcili tibbi yardım xidməti tam ödənişsizdir: "Bu gün üçün dövlətin bu sahədə əsas hədəfi əhalinin tibbi xidmətə əlçatanlığını təmin etməkdir. Düzdür, dünyanın bir sıra ölkələrində bu xidmət ödənişlidir. Bu da xidmətdən əsassız istifadənin qarşısını almaq üçün tətbiq olunur. Vətəndaşlar bilməlidir ki, xidməti əsassız məşğul etmək həm dövlət büdcəsindən, həm də icbari tibbi sığorta üzrə nəzərdə tutulan fondun maliyyəsindən sui-istifadə hallarına səbəb ola bilər. Bununla belə, hazırda ödənişli xidmət məsələsi gündəmdə yoxdur".
Oxşar xəbərlər
Təcili tibbi yardım avtomobillərinin avtobus zolaqlarında hərəkətinə icazə verilə bilər
Azərbaycana 5 ədəd tam elektrikli təcili yardım avtomobili gətiriləcək
Təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin stansiya və filiallarının yeni allokasiya xəritəsi hazırlanır
Vüqar Qurbanov: Hazırda TƏBİB-in tabeliyində iki tibbi helikopter var
COP29-da 40-a yaxın təcili tibbi yardım briqadası fəaliyyət göstərəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Prezident İlham Əliyevin doğum günüdür
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik












