Azərbaycanda on minə yaxın İİV daşıyıcısı var
Azərbaycanda İİV (İnsanın İmmunçatışmazlığı Virusu) infeksiyasının ilk dəfə aşkar olunduğu 1987-ci ildən 2024-cü ilin ikinci rübünün sonunadək bu virusla yaşayan insanların sayı 9926 nəfərdir.
"Sizinxeber.az" xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova “Sağlam radio”da yayımlanan “Sağlam həyat” verilisində açıqlayıb.
Onun sözlərinə görə, onlardan 69,5%-i kişi, 30,5%-i qadındır: "Aparılan əks epidemik tədbirlər nəticəsində ölkədə İİV/QİÇS-lə mübarizə istiqamətində mühüm addımlar atılıb və nailiyyətlər qazanılıb. Azərbaycan region ölkələri ilə müqayisədə İİV infeksiyasının yayılma göstəricisi ən aşağı olan ölkələr sırasındadır. Xüsusilə qeyd etmək istərdim ki, ölkədə İİV/QİÇS-lə mübarizə sahəsində aparılan çoxistiqamətli profilaktika strategiyası hesabına İİV/QİÇS-lə bağlı cəmiyyətdə məlumatlılıq səviyyəsi artıb”.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
