Afət Zeynalova: Qan Bankında yetəri qədər qan ehtiyatı var
sizinxeber.az xəbər saytı

Afət Zeynalova: Qan Bankında yetəri qədər qan ehtiyatı var


Qan Bankında yetəri qədər qan və qan komponentləri mövcuddur.

Bunu "Sizinxeber.az"a açıqlamasında Respublika Qan Bankının icraçı direktorunun müavini Afət Zeynalova deyib.

Onun sözlərinə görə, Qan Bankının əsas prioritetlərindən biri qanın toplanması, saxlanması, tədarükü və təhlükəsizliyin təmin edilməsidir:

"Hemofiliyadan əziyyət çəkən şəxslər üçün qan ehtiyatı nəzarət altındadır. Qana ehtiyacı olan şəxsləri təmin edirik".

Xatırladaq ki, bu gün 17 Aprel Ümumdünya Hemofiliya Günüdür. Hazırda Azərbaycanda 1779 hemofiliyalı xəstə dispanser qeydiyyatdadır.

Oxşar xəbərlər

Bakıda Ümumdünya Hemofiliya Günü çərçivəsində qanvermə aksiyası keçirilib
“Yüksəliş” müsabiqəsinin kadr bankında 3109 nəfər var
Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların sayı artıb
Azərbaycanda ilk dəfə VIII faktorun Xromogen üsulu ilə müayinəsi aparılıb
Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki publik hüquqi şəxslərin sayı artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər