Bakıda Ümumdünya Hemofiliya Günü çərçivəsində qanvermə aksiyası keçirilib
17 Aprel Ümumdünya Hemofiliya Günü çərçivəsində Respublika Qan Bankında qanvermə aksiyası keçirilib.
"Sizinxeber.az" xəbər verir ki, aksiya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Səhiyyə Nazirliyi, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası, "Birlik" Xeyriyyə Təşkilatı, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, Azərbaycan Uşaqlarının İnkişaf Platforması (AUİP) və Dövlət Komitəsinin "Ailəm könüllüləri" proqramı iştirakçılarının birgə əməkdaşlığı ilə təşkil edilib.
Respublika Qan Bankının tibb işçiləri tərəfindən sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilən donorlardan toplanan qan ehtiyatı talassemiya, hemofiliya eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlərə dəstək məqsədi daşıyır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova bildirib ki, bu aksiya bir neçə ildir davamlı olaraq keçirilir:
"Ötən il baş tutan aksiyada 500-ə yaxın şəxs iştirak edib. Gələcəkdə də bu tip aksiyaların keçirilməsini məqsədəuyğun hesab edirik".
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası İdarə Heyətinin sədri Ayaz Hüseynov deyib ki, cəmiyyətdə qan donurluğu mədəniyyətinin aşılanması vacib məsələdir:
"Azərbaycanda 1700-dən çox hemofiliyalı xəstə var. Bundan başqa, müxtəlif qaraciyər xəstəliklərindən əziyyət çəkən şəxslərə də qan lazımdır. Bu səbəbdən, belə aksiyalarən keçirilməsi əhəmiyyətlidir".
Qeyd edək ki, hazırda Azərbaycanda 1779 hemofiliyalı xəstə dispanser qeydiyyatdadır.
Oxşar xəbərlər
Azərbaycan İlahiyyat İnstitutunda Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilir
“Azercell Könüllüləri”nin xeyriyyə təşəbbüsləri davam edir
Əmanətlərin Sığortalanması Fondu qanvermə aksiyası keçirib
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
Afət Zeynalova: Qan Bankında yetəri qədər qan ehtiyatı var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
