ABŞ-dən olan səyyah: Azad edilmiş ərazilərə qayıdışın təmini üçün minalardan təmizlənmə vacibdir
İşğaldan azad edilmiş ərazilərə insanların qayıdışını təmin etmək üçün ərazinin minalardan təmizlənməsi çox vacib addımdır.
Bu barədə “Report”un Qarabağ bürosunun əməkdaşına açıqlamasında ABŞ-dən olan səyyah Basanth Sadasivan danışıb.
O qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsi zamanı Azərbaycan ərazilərinə minlərlə mina basdırılıb:
“Ərazilərin minalardan təmizlənməsi Azərbaycan tarixindəki çox mənfi bir hissəni silməyin vacib elementidir. İnsanların buraya qayıdıb təhlükəsiz şəraitdə yaşaması və xoşbəxt olması üçün minatəmizləmə fəaliyyəti çox vacibdir. Hazırda burada hər kəsin birlikdə yaxşı gələcək üçün çalışması çox önəmli məsələdir”.
Qeyd edək ki, “NomadMania” beynəlxalq səyyah klubunun üzvləri işğaldan azad edilmiş ərazilərə sayca 13-cü səfərləri çərçivəsində bu gün Cəbrayıl rayonunda olublar.
Oxşar xəbərlər
Qarabağa gələn səyyah: Azad edilmiş ərazilərə qayıdan sakinlər özlərini təhlükəsiz hiss etməlidirlər
Beynəlxalq səyyahların Cəbrayıl rayonuna səfəri başlayıb
Bu gündən “NomadMania” səyyah klubunun Qarabağa səfəri başlayır
Dünya şöhrətli “NomadMania” səyyah klubunun üzvləri Füzulidədirlər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
