Bu gündən “NomadMania” səyyah klubunun Qarabağa səfəri başlayır
sizinxeber.az xəbər saytı

Bu gündən “NomadMania” səyyah klubunun Qarabağa səfəri başlayır


Bu gün dünyanın 30 ölkəsinin - ABŞ, Britaniya, Belçika, Almaniya, İsveçrə, Polşa, Niderland, Fransa, Braziliya, Mərakeş, Danimarka, Çili, Portuqaliya, Sierra Leone, Ruanda, Suriya, Hindistan, Serbiya, Yunanıstan, Albaniya, Türkiyə, Slovakiya, Sinqapur, İtaliya, İspaniya, İran, Kamerun, Çin, Avstraliya və Yeni Zelandiyanın səyyah elitasında yer alan nüfuzlu beynəlxalq səyahətçilərin Qarabağa səfəri başlayır.

“Sizinxeber.az” xəbər verir ki, qrupun rəhbəri dünya şöhrətli səyyah, “NomadMania” klubunun təsisçisi Hari Mitsidisdir.

Heyət 3 gün ərzində Qarabağ və Şərqi Zəngəzurda olacaq, aparılan nəhəng bərpa və quruculuq işlərini, minatəmizləmə fəaliyyətini, Ermənistan tərəfindən işğal dövründə törədilmiş vəhşilikləri, dağıntıları müşahidə edəcək. Bu səfər azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılmasında müstəsna rol oynayır.

Qeyd edək ki, Vətən müharibəsindən ötən 5 il ərzində dünyanın əsas beynəlxalq səyyah şəbəkələrinin – ETIC, MTP, TCC, “NomadMania” və əksəriyyəti bu klubların üzvləri olan Türkiyə Gəzginlər Klubu, “Club-100” (İsveç), “Piki Reels” (Böyük Britaniya), “Vagaclub” (Norveç) klublarının geniş tərkibdə heyətlərinin 12 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Budəfəki səfər isə prosesin davamı olmaqla, beynəlxalq səyyahların azad edilmiş ərazilərə sayca 13-cü qrup səfəridir.

Oxşar xəbərlər

33 nəfərdən ibarət beynəlxalq səyyah qrupunun Qarabağa səfəri davam edir
Beynəlxalq səyyahlar Ağdama səfər ediblər
Beynəlxalq səyyahlardan ibarət heyət Laçına səfər edib
Çarlz Veyli: Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin böyük turizm potensialı var
Amerikalı səyyah: Biz regionun tarixi haqqında çox şey öyrəndik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər