Qarabağa gələn səyyah: Azad edilmiş ərazilərə qayıdan sakinlər özlərini təhlükəsiz hiss etməlidirlər
sizinxeber.az xəbər saytı

Qarabağa gələn səyyah: Azad edilmiş ərazilərə qayıdan sakinlər özlərini təhlükəsiz hiss etməlidirlər


İşğaldan azad edilmiş ərazilərə sakinlərin qayıdışını təmin etmək vacib məsələdir.

Bu barədə “Report”un Qarabağ bürosunun Cəbrayıla ezam olunmuş əməkdaşına açıqlamasında ABŞ-dən olan səyyah Devon Debani danışıb.

“21 ildir ki, orduda xidmət edirəm və bu gün Azərbaycanda münaqişə dövründə, eləcə də ondan sonra baş verənləri müşahidə edirəm. Hazırda əsas məsələ azərbaycanlıların bu əraziyə geri qayıtmasını təmin etməkdir. Onlar özlərini təhlükəsiz hiss etməli, keçmişə baxmamalı və daha yaxşı gələcək qurmağa davam edə bilməlidirlər”, - deyə o əlavə edib.

Qeyd edək ki, “NomadMania” beynəlxalq səyyah klubunun üzvləri işğaldan azad edilmiş ərazilərə sayca 13-cü səfərləri çərçivəsində bu gün Cəbrayıl rayonunda olublar.

Oxşar xəbərlər

ABŞ-dən olan səyyah: Azad edilmiş ərazilərə qayıdışın təmini üçün minalardan təmizlənmə vacibdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu gündən “NomadMania” səyyah klubunun Qarabağa səfəri başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dünya şöhrətli “NomadMania” səyyah klubunun üzvləri Füzulidədirlər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Amerikalı səyyah: Dinc sakinlərin ölümü faciədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu gündən dünya şöhrətli “NomadMania” səyyah klubunun Qarabağa səfəri başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər