Növbəti köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb - YENİLƏNİB
Tərtərdən yola salınan köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb.
“Report”un Ağdərəyə ezam olunan əməkdaşı xəbər verir ki, kəndə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bununla da kəndə köçürülən ailələrin sayı 119-a (420 nəfər) çatıb.
Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb.
"Report"un Qarabağ Bürosunun xəbərinə görə, yolasalma Tərtər rayonu Bayraq meydanından olub.
Bu mərhələdə Həsənrizə 114 nəfərdən ibarət 29 ailə köçürülür. Ümumilikdə isə bu gün də daxil olmaqla kəndə 119 ailə 420 nəfər köçürülüb.
Kəndə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 50 mindən çox insan yaşayır.
Oxşar xəbərlər
Böyük Qayıdış: Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Növbəti köç karvanı Ağdərənin Həsənriz kəndinə çatıb - FOTO - YENİLƏNİB - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb - FOTO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Növbəti köç karvanları Həsənriz və Sarıcalı kəndlərinə çatıb – YENİLƏNİB - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sarıcalıya növbəti köç karvanı yola salınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












