Sarıcalıya növbəti köç karvanı yola salınıb
Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb.
“Sizinxeber.az” xəbər verir ki, Ağdam rayonunun yenidən qurulmuş Sarıcalı kəndinə bu mərhələdə 35 ailə – 158 nəfər köçürülür.
Köçürülən ailələrdən 16-sı (82 nəfər) Bakı şəhərindən, 14-ü (52 nəfər) Ağdam, 3-ü (12 nəfər) Yevlax, 2-si (12 nəfər) isə Ağcabədi rayonlarındandır.
Köçürülən ailələr ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.
Beləliklə, bu köç prosesi ilə rayonun Sarıcalı kəndinə köçürülənlərin sayı 767 nəfərə (184 ailə) çatacaq.
Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzur bölgələrində, ora köçürülmüş keçmiş məcburi köçkünlərlə yanaşı, həyata keçirilən bərpa və quruculuq layihələrində çalışan, həmçinin müxtəlif dövlət qurumlarının yerli strukturlarında xidməti vəzifələrini yerinə yetirən şəxslər, səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye və energetika sahələrində fəaliyyət göstərən mütəxəssislər daxil olmaqla, ümumilikdə 40 mindən çox insan yaşayır.
Oxşar xəbərlər
Böyük Qayıdış: Sarıcalı və Ballıcaya növbəti köç karvanları yola salınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdamın Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Böyük Qayıdış: Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdərənin Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












