Növbəti köç karvanı Ağdərənin Həsənriz kəndinə çatıb  - FOTO - YENİLƏNİB - VİDEO
sizinxeber.az xəbər saytı

Növbəti köç karvanı Ağdərənin Həsənriz kəndinə çatıb - FOTO - YENİLƏNİB - VİDEO


Ağdərə rayonunun Həsənriz kəndinə yola salınan növbəti köç karvanı kəndə çatıb.

APA xəbər verir ki, Həsənriz kəndinə köçün 3-cü mərhələsində 20 ailə köçürülüb.

Köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, bu mərhələ də daxil olmaqla, Həsənriz kəndinə 70 ailə (238 nəfər) köçürülüb.

***

11:21

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Ağdərə rayonunun yenidən qurulan Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb.

APA-nın yerli bürosu xəbər verir ki, Həsənriz kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə kəndə 20 ailə - 72 nəfərin köçürülməsi həyata keçirilir.

Köçürülənlərdən 11 ailə (40 nəfər) Bərdə rayonundan, 2 ailə (9 nəfər) Bakı şəhərindən, 2 ailə (8 nəfər) Goranboy rayonundan, 2 ailə (7 nəfər) Oğuz rayonundan, 1 ailə (4 nəfər) İsmayıllı rayonundan, 1 ailə (3 nəfər) Tərtər rayonundan, 1 ailə (1 nəfər) Abşeron rayonundandır.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.

Oxşar xəbərlər

Ağdərənin Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb - FOTO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Növbəti köç karvanı Ağdərəyə çatıb - FOTO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdərə rayonuna ilk köç karvanı yola salınıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Növbəti köç karvanı Ağdərənin Suqovuşan kəndinə çatıb - YENİLƏNİB - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər