Şahbaz Şərif: Pakistanın bəxti gətirib ki, Türkiyə və Azərbaycan kimi səmimi qardaşları var
sizinxeber.az xəbər saytı

Şahbaz Şərif: Pakistanın bəxti gətirib ki, Türkiyə və Azərbaycan kimi səmimi qardaşları var


Türkiyə, Azərbaycan və Pakistan üçtərəfli əməkdaşlıq formatı vaxtında təşkil edilib və bu mühüm əhəmiyyətə malikdir.

Sizinxeber.az xəbər verir ki, bunu Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçında üçtərəfli Zirvə görüşündə çıxışı zamanı deyib.

O, hər üç ölkənin münaqişələri rədd etdiyini, müasir dünyadakı çağırışlarla bağlı birgə fəaliyyət göstərdiklərini qeyd edib.

“Müasir dünyada ciddi çağırışlar – silahlı münaqişələr, iqlim dəyişikliyi, xəstəliklər və iqtisadi böhranlar mövcuddur. Bu səbəbdən üç ölkəmiz bir araya gələrək münaqişəni rədd edir və mərhəməti seçir. Biz əminik ki, səbr və müdriklik nəticə etibarilə qalib gələcək və firavanlıq təmin ediləcək. Bugünkü təlatümlü dünyada siyasi və təhlükəsizlik arxitekturaları, bağlantı layihələri və aparıcı texnologiyalar yeni reallığı şərtləndirir. Belə bir şəraitdə Pakistanın bəxti gətirib ki, Türkiyə və Azərbaycan kimi səmimi qardaşları var. Siz keçilməz qaya kimi bizimlə bərbər dayanmısınız və biz tərəddüd etmədən sizə etibar edirik. Silahdaş olan qardaşlar kimi biz sülh, ədalət və mənəvi dəyərləri hər zaman üstün tutacağıq. Əminəm ki, zamanın sınağından keçmiş münasibətlərimiz xalqlarımızın mənafeyinə xidmət edəcək və regionda və daha geniş coğrafiyada sülh və firavanlığa töhfə verəcək. Bu üçtərəfli format həm zamanında təşkil edilib, həm də mühüm əhəmiyyətə malikdir. Bu bizə zəruri siyasi məsuliyyət verir və qarşılıqlı maraq doğuran sahələrdə birgə şəkildə irəliləmək üçün təkan verir”.

Oxşar xəbərlər

Pakistan Baş naziri: Tarixi münasibətlərimiz Qarabağda, Kəşmirdə və Şimali Kiprdə bir-birimizin yanında olmağımızla güclənib
Türkiyə Prezidenti: Üçtərəfli əməkdaşlığın daha da inkişafı üçün işlər davam etdiriləcək
Laçında Azərbaycan və Pakistan liderlərinin məhdud tərkibdə görüşü keçirilib - YENİLƏNİB-1
Azərbaycan Prezidenti və Pakistan Baş naziri arasında telefon danışığı olub
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana dövlət səfərinə gəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər