BMT Baş katibinin xüsusi nümayəndəsi: İslamofobiya ilə mübarizənin bir aləti də təhsil olmalıdır
sizinxeber.az xəbər saytı

BMT Baş katibinin xüsusi nümayəndəsi: İslamofobiya ilə mübarizənin bir aləti də təhsil olmalıdır


"Bizim cəmiyyətlərimizdə uğurun kritik elementi məhz birlik və həmrəylikdir. Dövlətlər, vətəndaş cəmiyyəti təşkilatları və müsəlman icması ilə əməkdaşlıq sayəsində sosial inklüzivlik təmin oluna bilər".

Sizinxeber.az xəbər verir ki, bunu "İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması" adlı beynəlxalq konfransın "Antimüsəlman nifrət siyasəti: Hüquqi Çərçivələr və Təbliğat Strategiyası" panelində BMT Baş katibinin İslamofobiya ilə mübarizə üzrə xüsusi nümayəndəsi Mehmet Paçacı deyib.
Onun qənaətincə, mövcud problemlərin təhlili üçün qlobal cəhətdən təsirli və effektiv mexanizmlərin hazırlanmasını təklif edib:

"Biz hesab edirik ki, islamofobiya ilə mübarizənin bir aləti də təhsil olmalıdır. Yalnız mərkəzləşdirilmiş yanaşma ilə bu meyllərin qarşısını almaq olar. İrqçiliyə qarşı qəbul edilən qanunlar yerli və beynəlxalq təcrübələrə əsaslanaraq, daha əhatəli olmalıdır. O cümlədən, həm kütləvi informasiya vasitələri, həm də sosial media vasitəsilə antiislam meyllərinə qarşı mübarizə aparılması zəruridir. Bu cür təşəbbüslər dinlərarası dialoqda məsuliyyətin artırılmasına töhfə verir. Beynəlxalq mexanizmlərin yaradılaraq, onların effektiv şəkildə nəzərdən keçirilməsi sayəsində biz həm problemləri qavraya, həm də effektiv nəticə əldə edə biləcəyik. Bizim cəmiyyətlərimizdə uğurun kritik elementi məhz birlik və həmrəylikdir. Dövlətlər, vətəndaş cəmiyyəti təşkilatları və müsəlman icması ilə əməkdaşlıq sayəsində sosial inklüzivlik təmin oluna bilər”.

Natiq beynəlxalq təşkilatları dini ayrı-seçkiliyi sosial ədalətsizliyin bir parçası olaraq qəbul etməyə çağırıb:

"Bu məsələdə kütləvi informasiya vasitələrinin məsuliyyəti və cəmiyyətin daha yetkin olması zəruridir. Elə bir cəmiyyət yaradılmalıdır ki, orada ədalət və bərabərlik prinsipləri hökmranlıq etsin".

Oxşar xəbərlər

Mərkəz rəhbəri: Dünyada müsəlmanlara qarşı baş verən insidentlərin 17 faizi şiddətlə müşahidə olunur
Essex Universitetinin əməkdaşı: Dini etiqad azadlığının qorunmasında hüquqi və institusional çərçivələr əsas rol oynayır
Prezident İlham Əliyev: Azərbaycan islamofobiya ilə mübarizəyə dair BMT-nin qətnamələrini alqışlayır
Azərbaycan Prezidenti: İslamofobiya müsəlmanların cəmiyyətə inteqrasiya olunmalarına böyük maneə yaradır
İcraçı direktor: İslamofobiyaya həsr edilmiş konfrans çıxış yollarının tapılması üçün imkandır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər